İranda etirazlara görə ilk edam - Foto

İranda etirazlara görə ilk edam - Foto Dünya

İranda ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı saxlanılan Məşhəddən olan idmançı və bodibildinq məşqçisi Əli Rəhbəri dar ağacından asılıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu, ölkədə hökumət əleyhinə etirazlara görə ilk edamdır.

Məlumata görə, 10 gün əvvəl həbs olunan 33 yaşlı Rəhbəri yanvarın 23-ü səhər saatlarında edam edilib.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabrında milli valyutanın (rial) kəskin dəyər itirməsi nəticəsində başlayıb. Aksiyalar qısa müddətdə siyasi xarakter alaraq ölkənin bir çox böyük şəhərinə yayılıb və minlərlə insanın həbsi və ölümü ilə nəticələnib.

İranda etirazlara görə ilk edam - Foto İranda etirazlara görə ilk edam - Foto