İranda etirazşılara atəş açmayan hərbçi edama məhkum edildi

İranda etirazşılara atəş açmayan hərbçi edama məhkum edildi Dünya

Ötən gün İran məhkəməsi İsfahan şəhərində keçirilən etiraz aksiyaları zamanı nümayişçilərə atəş açmaq əmrinə tabe olmaqdan imtina edən Cavid Xales adlı hərbçi barəsində edam hökmü çıxarıb.

News24.az xəbər verir ki, bununla bağlı məlumatı insan haqları təşkilatları yayıb. Bildirilib ki, əsgər etirazçılara qarşı silah işlətmək əmrinə qarşı çıxdıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və xüsusi təcridxanaya aparılıb.

Məlumata görə, Cavid Xales qısa müddət ərzində məhkəmə qarşısına çıxarılıb və onun barəsində ölüm hökmü verilib. Ancaq hərbçiyə qarşı konkret hansı ittihamların irəli sürüldüyü ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

İnsan haqları müdafiəçiləri bu qərarı İran hakimiyyətinin etirazlara qarşı sərt və cəza yönümlü siyasətinin növbəti nümunəsi kimi qiymətləndirir və hökmün dərhal ləğv edilməsinə çağırış edirlər. /IranGlobal