İranda gəncləri hücumlar zamanı canlı sipər olmağa çağırdılar

İranda gəncləri hücumlar zamanı canlı sipər olmağa çağırdılar Dünya

İranın Ali Şurasının katibi Əlirza Rəhimi ABŞ təhdidlərinə cavab olaraq gəncləri elektrik stansiyalarını qorumaq üçün “canlı zəncirlər” təşkil etməyə çağırıb.

News24.az xəbər verir ki, Rəhimi idmançıları, incəsənət nümayəndələrini və tələbələri İranın gələcəyinə və gəncliyinə aid, həmçinin milli dəyər hesab olunan elektrik stansiyalarının ətrafında bir araya gəlməyə səsləyib.

Qeyd edək ki, aprelin 5-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazının bağlanması halında İranın elektrik stansiyaları və körpüləri hədəf alınacaq.