İranda hərbi karvana silahlı hücum - SEPAH komandanı yaralandı

İranda hərbi karvana silahlı hücum - SEPAH komandanı yaralandı Dünya

İranın Sistan və Bəluçistan əyalətinin Rask şəhərində hərbi karvan silahlı şəxslərin hücumuna məruz qalıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində SEPAH-ın yerli komandanı Mahmud Bağbani yaralanıb və hazırda Zahedandakı xəstəxanada müalicə olunur.

Məlumata görə, üç nəqliyyat vasitəsindən ibarət hərbi karvan Cakiqur kəndi yaxınlığında hərəkətdə olarkən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

Hücum zamanı Bağbani ilə yanaşı digər təhlükəsizlik qüvvələrinin də yaralandığı bildirilir.

Yerli mənbələr bölgədəvəziyyətin təhlükəsizlik baxımından gərgin olduğunu qeyd edir.

Ötən ilə dair statistik məlumatlara əsasən, Sistan və Bəluçistan və ətraf ərazilərdə 95 hərbçi silahlı hücuma məruz qalıb. Onlardan 60-ı həlak olub, 35-i isə yaralanıb. /Azad İran/