İranda ilk: Pezeşkian bu qadına yüksək vəzifə verdi - – FOTO

İranda ilk: Pezeşkian bu qadına yüksək vəzifə verdi - – FOTO Dünya

İran Prezidenti Məsud Pezeşkianın təklifi və hökumətin idarə heyətinin təsdiqi ilə Fatimə Mühacirani hökumətin yeni sözçüsü təyin edilib.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

F.Mühacirani daha əvvəl Şəriəti Qızlar Texniki və Peşə Kollecinin rəhbəri olub. O, 26 oktyabr 1996-cı ildə o vaxtkı təhsil naziri Seyid Məhəmməd Bəthai tərəfindən Brilliant İstedadlar Mərkəzinə rəhbər təyin edilib.

Mühacirani mexanika üzrə ali təhsil alıb. O, magistr pilləsini Şotlandiyanın Heriot-Vatt Universitetində başa vurub.

Qeyd edək ki, Fatimə Mühacirani İranda hökumət sözçüsü təyin edilən ilk qadındır.


İranda ilk: Pezeşkian bu qadına yüksək vəzifə verdi - – FOTO