İranda kömür mədənində faciə: Ölən və yaralanan var
Dünya
Bu gün İranda Cənubi Xorasan əyalətinin Təbəs şəhərində kömür mədənlərindən birində çökmə baş verib.
News24.az xəbər verir ki, hadisə nəticəsində bir işçi həyatını itirib, daha bir nəfər isə yaralanıb. Təbəs Kömür Şirkətinin mətbuat xidmətinin məlumatına görə, insident səhər saat 07:00 radələrində iş növbəsi zamanı podratçı şirkətə aid mədəndə qeydə alınıb.
Məlumata əsasən, işçilərdən biri aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, digər yaralı isə təcili şəkildə şəhər xəstəxanasına çatdırılıb.
İtkin düşdüyü bildirilən işçinin cəsədi sonradan tapılıb və axtarış-xilasetmə əməliyyatları tamamlanıb.
Hazırda mütəxəssislər çökmənin səbəblərini araşdırırlar. (ISNA)