İranda kritik vəziyyət - Xəstələr dərman tapmır
Dünya
İranda dərman çatışmazlığı yaşanır.
News24.az xəbər verir ki, bu barədə “Fararu” saytı məlumat yayıb.
Ötən il İranın Qida və Dərman Təşkilatının rəhbəri dərman qiymətlərinin artımının bu il əhəmiyyətli olmayacağını bildirsə də, son hesabatlar vəziyyətin əksini göstərib.
Məlumata görə, dərman qiymətləri bu il 400 faiz bahalaşıb. Bildirilib ki, bəzi xəstələr lazım olan preparatları 10-dan çox aptekdə axtarsa da, tapa bilmirlər.
Məlumata görə, hazırda İranın dərman ehtiyatları kritik vəziyyətdədir və ən azı 150 növ geniş istifadə olunan dərman ya az saydadır, ya da heç tapılmır.
Dərman qaçaqmalçılığının artdığı, qonşu ölkələrə, xüsusilə də İraqa və Əfqanıstana qaçaqmalçılıq yolu ilə daşındığı bildirilir.