İranda qızıl mədəninə hücum - Yaralananlar var

İranda qızıl mədəninə hücum - Yaralananlar var Dünya

Ötən gün axşam saatlarında İranın Kürdüstan vilayətinin Saqqız bölgəsində yerləşən “Mirgə Nəqşine” qızıl mədəninə hücum edilib.

News24.az xəbər verir ki, hadisə zamanı beş naməlum şəxs mədən ərazisinə daxil olaraq əvvəlcə iki mühafizəçini döyüb, daha sonra isə avadanlıqları yandırıb.

Saqqız şəhərinin başçısının təsdiqlədiyi məlumata əsasən, yanğın nəticəsində iki ekskavator, bir qreyder və beş konteyner tamamilə yanaraq yararsız hala düşüb.

Hücum edən şəxslər hadisədən sonra ərazidən qaçıblar.

Şəhər meri hadisənin terror aktı olması ehtimalını rədd edib və təhlükəsizlik qurumlarının araşdırma apardığını bildirib.

Qeyd olunub ki, Saqqız bölgəsində qızıl mədənləri ilə bağlı sosial və ekoloji narazılıqlar əvvəllər də gərginliyə səbəb olub. /Iran Wire/