İranda rejim dəyişikliyini Berlin divarının süqutu ilə müqayisə etdi
Dünya
ABŞ prezidenti Donald Trampın İrana münasibətdə atdığı addımlar bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola və bu proses XXI əsrdə Berlin divarının süqutu ilə müqayisə edilə bilər.
News24.az xəbər verir ki, bu fikirləri amerikalı senator Lindsey Graham səsləndirib.
“Qəti şəkildə inanıram ki, tarix atdığımız hər addımı izləyir. Əgər həyatlarını riskə atan etirazçılara dəstək verərək prosesi sona çatdıra bilsək, bizi XXI əsrin Berlin divarı anına bənzər bir məqam gözləyə bilər”, – deyə senator bildirib.
Qrem vurğulayıb ki, diplomatik danışıqlar hər zaman məntiqli çərçivədə aparılmalıdır. Bununla belə, o, İranda rejim dəyişikliyinə ümid etdiyini ifadə edib.
“Bu, iki ssenaridən biri üzrə baş verə bilər. Ya mövcud rejim öz siyasətini dəyişəcək. Buna az ehtimal edirəm verirəm. Ya da rejimin süqutundan sonra İran xalqı hakimiyyəti öz əlinə alacaq”, – deyə o qeyd edib.
Qrem mümkün dəyişiklikləri 1989-cu ildə Berlin divarının süqutu ilə müqayisə edib.