İranda səfərbərlik görüntüsü: Xalqa silah təlimi keçirilir

İranda səfərbərlik görüntüsü: Xalqa silah təlimi keçirilir Dünya

Tehranın mərkəzində yerləşən Vənək meydanında əhaliyə silahlarla bağlı təlimlər keçirilir.

News24.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, təlimlər yalnız nəzəri xarakter daşımır, həm də praktiki şəkildə icra olunur və iştirakçılara müxtəlif silahlardan istifadə qaydaları öyrədilir.

Eyni zamanda İran dövlət televiziyasında yayımlanan bəzi proqramlarda da əhaliyə silahlarla bağlı məlumatların verildiyi qeyd olunur.

Bu addım Yaxın Şərqdə təhlükəsizlik gərginliyinin artdığı bir dövrdə diqqət çəkib. /Azad İran/