İranda su böhranı: “Tehranı boşaltmalı olacağıq” xəbərdarlığı
Dünya
İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehranda yağış yağmayacağı təqdirdə gələn aydan etibarən suyun kəsilməsinə başlanacağını, vəziyyət düzəlməzsə, şəhərin tamamilə təxliyə edilə biləcəyini bildirib.
News24.az xəbər verir ki, Pezeşkian çıxışı zamanı ölkədəki quraqlığın və su çatışmazlığının kritik həddə çatdığını vurğulayıb:
“Yağış yağmasa, gələn aydan Tehranda su ilə bağlı ciddi məhdudiyyət tətbiq ediləcək. Əgər bu da kifayət etməsə, artıq suyumuz qalmayacaq və Tehranı boşaltmaq məcburiyyətində qalacağıq".
Hazırda Tehrana su beş əsas su anbarından — Lar, Mamlu, Emir Kəbir, Talikan və Latyan bəndlərindən təmin olunur. Lakin son beş ildə yağıntıların 40 faiz azalması, bu anbarlarda və yeraltı sularda səviyyənin ən aşağı həddə düşməsinə səbəb olub.
Təbriz Su İdarəsinin məlumatına görə, hazırkı ehtiyatlar paytaxtı ən çox iki həftəlik müddətə su ilə təmin edə bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, vəziyyət bu templə davam edərsə, ölkə tarixində görünməmiş su böhranı baş verə bilər. @231455837950178