İranda tibb işçiləri etiraz aksiyası keçirir

İranda tibb işçiləri etiraz aksiyası keçirir Dünya

Bu gün Məşhəddə çox sayda tibb işçisi "Əkbər" klinikasına yürüş edərək ardıcıl üçüncü gün etiraz aksiyası keçirib.

News24.az “Independent Farsi”yə istinadən xəbər verir ki, tibb işçiləri bazar ertəsi və çərşənbə axşamı Qaim və İmam Rza xəstəxanalarında aksiyalar keçirdikdən sonra bu dəfə "Əkbər" klinikasında uzunmüddətli əməkhaqqı gecikmələri və ayrı-seçkiliyə qarşı narazılıqlarını ifadə ediblər.

Aksiyada etirazçılar “Tibb işçisi olmasa, səhiyyə sistemi çökər!”, - deyə, şüar da səsləndiriblər.