İranda timsah xəbərdarlığı: sakinlərə ehtiyat çağırışı edildi
Dünya
İranın Sistan və Bəluçistan vilayətlərində yağan güclü yağış və qeyri-sabit hava şəraiti mövsümi çayların daşmasına səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət vəhşi təbiətdə stress və müvəqqəti yerdəyişmələr yarada bilər.
News24.az xəbər verir ki, İran KİV-in məlumatına görə, timsahların gölməçələri və adi yaşayış yerlərini tərk etməsi ehtimalı var.
Bununla əlaqədar su basmış ərazilərin sakinlərinə daşqınlar tam sakitləşənə və təbii şərait bərpa olunana qədər əhəmiyyətli olmayan səyahətlərdən çəkinmək tövsiyə edilir.