İranda yeni qanun müzakirə edilir: Tramp və Netanyahunu öldürənə mükafat veriləcək
Dünya
Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Nəbəvian ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahuya qarşı sui-qəsdi təşviq edən qanun layihəsinin yaxın günlərdə parlamentdə səsverməyə çıxarıla biləcəyini bildirib.
News24.az xəbər verir ki, Nəbəvian həmin şəxslərə qarşı hərəkət edəcək adam üçün mükafat nəzərdə tutulduğunu qeyd edib.
Millət vəkili ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları yenidən başlada biləcəyi ehtimalına da toxunaraq, belə bir hücum olacağı təqdirdə İranın cavabının “dağıdıcı” olacağını iddia edib.