İranda yoxsulluq dərinləşir, rəsmilər isə pulları qaçırır

İranda yoxsulluq dərinləşir, rəsmilər isə pulları qaçırır Dünya

İranda yoxsulluq dərəcəsi artır.

News24.az xəbər verir ki, bir neçə yüksək vəzifəli İran rəsmisinin ailə üzvləri son bir ay ərzində ölkədən təxminən yarım milyard dollar vəsait çıxarıb.

Məlumata görə, söhbət Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İranın ali rəhbərinin müşaviri Əli Şəmxani və ölkənin Radio və Televiziya Təşkilatı Birliyinin baş katibi Əli Kərimian, eləcə də onların oğullarından gedir.

Vəsaitlərin köçürülməsində kriptovalyuta, nağd pul və qızıldan istifadə olunub. Pulların bir hissəsinin Moskvaya, digər hissəsinin isə Sinqapurda yerləşən “ILT Capital” adlı şirkətin hesabına yönləndirildiyi bildirilib.

Qeyd olunub ki, maliyyə axınına nəzarəti Əli Kərimianın oğlu Məhəmməd Kərimian həyata keçirib.

Vəsaitlərin Dubaya köçürüldüyü və burada Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani tərəfindən qəbul edildiyi açıqlanıb. /Independent Persia