İrandakı etirazlarla bağlı dəhşətli statistika
Dünya
İranda etirazların 17-ci günündə ölkə üzrə 187 şəhərdə ümumilikdə 614 etiraz aksiyası qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən “Human Rights Activists in Iran” (HRAI) adlı QHT bəyanat yayıb.
Məlumata görə, 18 434 nəfər saxlanılıb, 97 nəfər azad edilib, 1 134 nəfər ağır dərəcəli xəsarət alıb.
Bildirilib ki, 2 403 etirazçının həlak olduğu təsdiqlənib, onların arasında 12 azyaşlı da var. Ölənlər siyahısında etirazlarda iştirak etməyən 9 mülki şəxs də yer alıb.
Bundan əlavə, 147 hərbçi və hökumətyönlü qüvvələrin nümayəndəsi həlak olub. Onlardan ən azı 5 nəfər hökuməti dəstəkləyən mülki şəxslər olub.