İrandan bu ölkəyə xəbərdarlıq: - "Hüquqlarımızın pozulmasına göz yummayacağıq"

İrandan bu ölkəyə xəbərdarlıq: - "Hüquqlarımızın pozulmasına göz yummayacağıq" Dünya
İranın neft naziri Cevad Ovci İran və Küveyt arasında illərdir münaqişəyə səbəb olan Fars körfəzindəki Araz qaz yatağına dair hüquqlarının pozulmasına göz yummayacaqlarını bəyan edib.

News24.az xəbər verir ki, Ovci ümumi qaz sahəsindəki problemlərə dair açıqlamasında "İran həmişə qonşuları ilə sərhəd və dəniz məsələlərinin sülh yolu ilə həllini dəstəkləyir " deyib.

Ortaq neft və qaz yataqlarının istismarında hər zaman danışıqlar və qarşılıqlı anlaşma yolunu tutduqlarını ifadə edən Ovci ölkəsinin Araz qaz yatağında birgə hərəkət etmək istədiyini bildirib.

İranın Araz qaz yatağı ilə bağlı hüquq və mənafelərinin davamçısı olduğunu vurğulayan Ovci, “Əgər qarşılıqlı anlaşma və əməkdaşlıq istəyi olmazsa, İran öz proqramına sözügedən mənbələrin istismarı və kəşfiyyatını daxil edəcək. hüquq və mənafelərinin heç bir pozulmasına göz yummayacaq ” deyib.

Fars körfəzində yerləşən və 1967-ci ildə kəşf edilən Ərəş/Durra Qaz Yatağı illərdir İran və Küveyt arasında problemlər yaradır. Qaz yatağının İran tərəfdəki hissəsi "Arəş" , Küveyt tərəfindəki hissəsi isə "Durra" adlanır .

Səudiyyə Ərəbistanı və Küveyt 2022-ci ilin martında Durra qaz yatağının işlənməsinə dair saziş imzalayıb.İran isə sözügedən razılaşmanın "qanunsuz" olduğunu əsas gətirərək, bölgədə qazma işlərinə başlayacağını bəyan edib.

Küveyt İranı iyulun 3-də bölgədəki dəniz sərhədi ilə bağlı danışıqlara çağırıb, Tehran rəhbərliyi isə mövzu ilə bağlı açıqlama verməyib.

Aydan