İrandan müharibəni dayandırmaq üçün 10 bəndlik plan

İrandan müharibəni dayandırmaq üçün 10 bəndlik plan Dünya

İranın ABŞ və İsraillə müharibəni dayandırmaq planı on bənddən ibarətdir.

News24.az xəbər verir ki, təklifə qarşılıqlı hücum etməmək zəmanətləri, Livanda Hizullaha qarşı zərbələrin dayandırılması və bütün sanksiyaların ləğvi daxildir.

Məlumata görə, Tehran Hörmüz boğazını açacaq, lakin hər bir gəmi üçün təxminən 2 milyon dollar rüsum tətbiq edəcək.

İran hakimiyyəti bu gəliri Oman ilə bölüşməyi planlaşdırır.

Plana əsasən, İran öz payını infrastrukturun bərpasına yönəldəcək, həmçinin Vaşinqton və Təl - Əvivdən birbaşa kompensasiya tələb etməyəcək. / The New York Times/