İrandan raket yağışı... - Bəhreyn təşvişdə

İrandan raket yağışı... - Bəhreyn təşvişdə Dünya

İranın bölgədə həyata keçirdiyi yeni hücumlar fonunda Bəhreyndə hava həyəcanı siqnalları səsləndirilib.

News24.az xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi sakinləri sakit olmağa və ən yaxın təhlükəsiz sığınacaqlara üz tutmağa çağırıb. Ordunun məlumatına görə, hava hücumundan müdafiə sistemləri krallığı hədəf alan bir neçə İran raketini zərərsizləşdirib. Hadisə nəticəsində itki və dağıntı qeydə alınmayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə Bəhreyndə ABŞ-yə məxsus obyektləri, o cümlədən Şeyx İsa Hava Bazasını hədəfə aldığını açıqlayıb.

Hadisə ABŞ və İran arasında davam edən qarşıdurma fonunda baş verib.