İranı mərhəmət diləməyə çağırdı

İranı mərhəmət diləməyə çağırdı Dünya

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İran rəhbərliyini mərhəmət diləməyə çağırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ABŞ və İsrailin İranla müharibəsinin gedişatını şərh edərkən deyib.

“İndi onlar rəhm diləməlidirlər. Etməli olduqları tək şey budur. Sadəcə deməlidirlər ki, biz təslim oluruq”, - deyə Donald Tramp qeyd edib.

ABŞ Prezidenti İslam Respublikasının artıq məğlubiyyətə uğradığı bildirib.

"Hərbi cəhətdən biz onları məhv etdik. İqtisadiyyatları isə real çətinliklər içindədir. Bu, ölü bir iqtisadiyyatdır", - deyə o bildirib.