İranın yeni sülh təklifində nələr var? - Tələblər açıqlandı

İranın yeni sülh təklifində nələr var? - Tələblər açıqlandı Dünya

Tehranın Vaşinqtona təqdim etdiyi yeni sülh təklifi bəzi sərt şərtləri ilə diqqət çəkir.

News24.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi məlumat verib.

Onun sözlərinə görə, təklifə bütün cəbhələrdə döyüş əməliyyatlarının dayandırılması (Livan da daxil olmaqla), ABŞ qoşunlarının İran ətrafındakı bölgələrdən çıxarılması, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin açılması, dəniz blokadasının aradan qaldırılması və müharibə nəticəsində vurulan ziyana görə təzminat ödənilməsi kimi tələblər daxildir.

Qaribabadi bildirib ki, irəli sürülən şərtlər ABŞ Prezidenti Donald Trampın daha əvvəl “zibil” adlandırdığı əvvəlki təkliflərlə müqayisədə əsaslı şəkildə dəyişməyib. /Reuters/