İranla bağlı göstəriş verildi

İranla bağlı göstəriş verildi Dünya

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi general-leytenant Eyal Zamir İrana qarşı potensial hərbi əməliyyatların bərpasına hazırlıq barədə göstəriş verib.

News24.az xəbər verir ki, bu haqda “Ynet” portalı məlumat yayıb.

“Eyal Zamir qoşunlara yüksək döyüş hazırlığına keçməyi və yaxın gələcəkdə İranla mümkün hərbi münaqişənin bərpasına hazır olmağı əmr edib”, - nəşr yazır.

Bildirilir ki, İsrail Hərbi Kəşfiyyatı sürətlə zərbələr üçün hədəflərin siyahısını tərtib edir.