"İranlılar başa düşəcəklər ki, Trampla zarafat etmək olmaz"

"İranlılar başa düşəcəklər ki, Trampla zarafat etmək olmaz" Dünya

“Əgər iranlılar danışıqları vicdanla aparmasalar, başa düşəcəklər ki, Donald Trampla zarafat etmək olmaz”.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanda tələbələr qarşısında çıxış edən ABŞ vitse-prezidenti J.D. Vens deyib.

O, əldə olunmuş atəşkəsi “kövrək barış” adlandırıb və bu həftənin sonunda İslamabadda başlaması planlaşdırılan danışıqlar öncəsi Tehranı sərt şəkildə xəbərdar edib.

“Əgər iranlılar bizimlə vicdanla işləməyə hazırdırlarsa, məncə, biz razılaşma əldə edə bilərik. Əks halda, əgər onlar yalan danışıb hiylə işlədəcəklərsə, bundan məmnun olmayacaqlar", — deyə Vens bildirib.

O qeyd edib ki, prezident Tramp bütün danışıqlar qrupuna, o cümlədən dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoffa vicdanlı şəkildə danışıqlar aparmağı tapşırıb.

Vens həmçinin bildirib ki, Tramp ona, - iranlılar döyüşməkdənsə, danışıqlarda daha güclüdürlər, - deyib.