İranlılarla bağlı qərar verdi
Dünya
Birləşmiş Ərəb Əmirlikləri İran vətəndaşlarına verilən bütün növ yaşayış icazələrini, o cümlədən investorlar üçün “qızıl vizalar”ı ləğv edib.
News24.az xəbər verir ki, bu barədə “Tehran Tayms” məlumat yayıb.
İddia edilib ki, bu, İranın BƏƏ-dəki milyardlarla dollar dəyərində aktivlərinin dondurulmasına səbəb olub.
BƏƏ hakimiyyəti tərəfindən hələlik rəsmi təsdiq yoxdur. Vurğulanır ki, bu qərar ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının başlamasından sonra İranın BƏƏ-dəki hədəflərə endirdiyi zərbələrdən sonra verilib.