İraq hava məkanını daha 3 gün bağlı saxlayacaq

İraq hava məkanını daha 3 gün bağlı saxlayacaq Dünya

İraq hökuməti bölgədə davam edən gərginlik səbəbindən hava məkanının bağlanma müddətini daha üç gün uzadıb.

News24.az xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin açıqlamasına görə, ölkənin hava məkanı əlavə 72 saat uçuşlara bağlı olacaq. Qadağa şənbə günü saat 12:00-a qədər davam edəcək.

Qeyd edək ki, İraq fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarından sonra hava məkanını əvvəlcə 24 saatlıq bağlamışdı. Daha sonra bu müddət yenidən 24 saat uzadılmışdı. İndi isə bağlanma vaxtı daha üç gün artırılıb. (HaberGlobal)