İrəvanda etiraz aksiyası - Höküməti Makronla təhdid etdilər
Dünya
İrəvanın Vardaşen küçəsində yerləşən qəzalı binaların sakinləri bu gün Ermənistan hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.
News24.az xəbər verir ki, vətəndaşlar hökumətin onları mənzillə təmin edəcəyi barədə verdiyi vədləri yerinə yetirməməsinə etiraz ediblər. Sakinlərin bildirdiyinə görə, baş nazir aparatının rəhbəri Araik Arutyunyanın iclasdan sonra onları qəbul edəcəyi və məsələ ilə bağlı yekun cavab verəcəyi vəd olunub.
Əgər hökumət onları mənzillə təmin etməzsə, etirazçılar oturaq aksiya keçirəcəklərini, yolları bağlayacaqlarını, İrəvanın Respublika meydanında çadırlar quracaqlarını və Ermənistana səfər edəcək Fransa Prezidenti Emmanuel Makrona üz tutaraq, onun gözü qarşısında Ermənistan hökumətini rüsvay edəcəklərini bildiriblər. /News.am/