İrlandiya prezidentinin bacısı saxlanıldı - İsrailə aparılır
Dünya
İrlandiya prezidentinin bacısı, həkim Marqaret Konnolli “Sumud” flotiliyasında saxlanılıb və İsrailə aparılır.
News24.az xəbər verir ki, doktor Konnolli Qəzzaya doğru hərəkət edən humanitar “Sumud” flotiliyasında olan və İsrail tərəfindən Kipr sahilləri yaxınlığında saxlanılan azı altı İrlandiya vətəndaşından biridir.
İsrail Xarici İşlər Nazirliyi flotiliyanı “təxribat” adlandırıb və gəmidə heç bir humanitar yardım olmadığını bəyan edib.
İrlandiyada isə rəsmilər “Sumud” qlobal flotiliyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və aidiyyəti qurumlarla əlaqədə olduqlarını açıqlayıblar.
Hakimiyyət nümayəndələri zərərçəkmiş İrlandiya vətəndaşlarına konsulluq dəstəyi göstəriləcəyini bildiriblər. /Sky News/