İşə tez gəldiyi üçün işdən çıxarıldı: Məhkəmənin qərarı hər kəsi təəccübləndirdi

İşə tez gəldiyi üçün işdən çıxarıldı: Məhkəmənin qərarı hər kəsi təəccübləndirdi Dünya

İspaniyada qeyri-adi işdən çıxarılma hadisəsi gündəm yaradıb.

News24.az-ın xəbərinə görə, dəfələrlə xəbərdarlıq almasına baxmayaraq, işə həmişə vaxtından xeyli əvvəl gələn 22 yaşlı qadın məhkəmə qərarı ilə haqlı şəkildə işdən azad edilib.

Məlumata görə, işçi iki il ərzində dəfələrlə xəbərdarlıq almasına baxmayaraq, növbəsinin başlamasından 40 dəqiqə əvvəl — səhər 6:45–7:00 aralığında iş yerinə gəlməyə davam edib. Halbuki işəgötürən ondan tələb edib ki, 7:30-dan əvvəl ofisə daxil olmasın.

Qadın tez gəldiyində görüləcək iş olmadığından sadəcə ofisdə vaxt keçirirdi və bu, şirkət üçün əlavə fayda yaratmır, iş intizamına zidd hesab olunurdu.

Dəfələrlə xəbərdarlığa baxmayaraq, davranışını dəyişməyən işçi “nasazlıq” səbəbilə işdən azad edilib. İşçi qərarı ədalətsiz hesab edərək məhkəməyə müraciət etsə də, məhkəmə işəgötürənin mövqeyini düzgün sayıb və onun xeyrinə qərar çıxarıb.