İspaniya diplomatı İsrail XİN-ə çağırıldı

İspaniya diplomatı İsrail XİN-ə çağırıldı Dünya

İspaniyanın Təl-Əvivdəki müvəqqəti işlər vəkili Fransisko Pedros Karretero Xarici İşlər Nazirliyinə çağırılıb.

News24.az xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.

Bildirilib ki, baş nazir Benyamin Netanyahunun müqəvvasının yandırılması səbəbindən diplomata etiraz məktubu təqdim edilib.

Qeyd edək ki, İspaniyanın Malaqa şəhərində 1940-cı illərdən bəri davam edən və hər il keçirilən “pislik edənləri yandırmaq” ənənəsi çərçivəsində İsrail Baş naziri Benyamin Netanyahunun müqəvvası yandırılıb.