İspaniya Trampa "yox" dedi, Vaşinqton Madridlər ticarəti dayandırdı

İspaniya Trampa "yox" dedi, Vaşinqton Madridlər ticarəti dayandırdı Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İspaniya ABŞ-nin öz hərbi bazalarından istifadə etməsinə icazə verməyib və buna görə Vaşinqton Madridlə ticarəti tam dayandırır.

News24.az xəbər verir ki, Tramp bu açıqlamanı Almaniya kansleri Fridrix Merz ilə görüşünün mətbuat üçün açıq hissəsində səsləndirib. O əlavə edib ki, əgər ABŞ istəsə, istənilən halda İspaniya bazalarından öz məqsədləri üçün istifadə edəcək.

Bundan əvvəl KİV-in yaydığı məlumatlara görə, İran ətrafında gərginliyin artması və hərbi əməliyyatların mümkün genişlənməsi fonunda İspaniya tərəfi ABŞ-yə məxsus təyyarələrin öz ərazisindəki bazalardan çıxarılmasını tələb edib.

Söhbət ABŞ-nin Aralıq dənizi və Yaxın Şərqdəki əməliyyatları üçün istifadə etdiyi “Naval Station Rota” hərbi-dəniz bazası və “Morón Air Base” aviabazasından gedir.

Qeyd edək ki, İspaniya NATO-nun üzvüdür və ABŞ hərbi qüvvələrinin ölkədəki mövcudluğu ikitərəfli sazişlərlə tənzimlənir. Mövcud gərginlik alyans daxilində əlavə gərginliyə səbəb ola və Vaşinqtonla Madrid arasında münasibətləri daha da çətinləşdirə bilər.