İspaniyada üç günlük matəm elan - EDİLDİ

İspaniyada üç günlük matəm elan - EDİLDİ Dünya

İspaniya hökuməti katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatından sonra üç günlük rəsmi matəm elan edib.

News24.az xəbər verir ki, İspaniya Baş nazirinin müavini və Ədliyyə və Muxtar İdarə Şuraları arasında əlaqələr naziri Feliks Bolanos, "Böyük Papa və yaxşı bir insanın vəfatından kədərləndik" deyərək, ölkə daxilində üç günlük rəsmi matəm elan etdiklərini açıqlayıb.

İspaniya və Aİ bayraqlarının yarıya endiriləcəyini və qara lent taxılacağını açıqlayan Bolanos, 88 yaşında vəfat edən Papa Fransiskin "humanist, həmrəy və islahatçı şəxsiyyəti, ədalətsizlik və bərabərsizliklə mübarizəsi" ilə tanındığını bildirib.

Günel Məlikzadə