İsrail 15 gəmini ələ keçirdi - Ekipajdan xəbər yoxdur
Dünya
İsrail Hərbi Dəniz Qüvvələri gecə ərzində “Sumud” adlı Fələstinə dəstək flotiyasına aid 58 gəmidən 15-ni ələ keçirib.
News24.az xəbər verir ki, bu barədə dəstək kampaniyasının təşkilatçıları məlumat yayıblar.
“15 gəmi ələ keçirilib, onların göyərtəsində olan insanların harada olduğu isə hələlik məlum deyil”, – deyə məlumatda bildirilib.
Bundan əlavə, flotiya iştirakçıları bəzi gəmilərlə əlaqənin kəsildiyini, siqnalların boğulduğunu və bunun nəticəsində ekipajların koordinasiya və yardım siqnalı göndərmək imkanını itirdiyini iddia ediblər.
Gəmilərin ələ keçirilməsi əməliyyatı Yunanıstanın Krit adası yaxınlığında aparılıb.
İsrail Hərbi Dəniz Qüvvələri missiyanın qalan iştirakçılarını geri dönməyə çağırıb. / The Times of Israel/