İsrail atəşkəs rejimini bərpa etdi

İsrail atəşkəs rejimini bərpa etdi Dünya

İsrail Müdafiə Ordusu Qəzza zolağında onlarla fələstinli radikal hədəfə zərbələr endirdikdən sonra atəşkəs rejiminə qayıdıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Siyasi rəhbərliyin göstərişinə uyğun olaraq və onlarla terrorçu hədəfin və terrorçunun məhv edildiyi bir sıra zərbələrdən sonra İsrail Müdafiə Ordusu atəşkəs rejiminə əməl etməyə davam edir”, – deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, ötən gün İsrail hərbi təyyarələri Qəzza şəhərinə bir neçə hava zərbəsi endirib. "Al Jazeera" telekanalının məlumatına görə, raketlər şəhərin müxtəlif bölgələrinə düşüb, onlardan biri “Əl-Şifa” xəstəxanasının yaxınlığında partlayıb.

Hərbçilər bildiriblər ki, əməliyyat zamanı Fələstin anklavındakı silahlı qruplaşmalarda rəhbər vəzifə tutan 30 radikal məhv edilib.

Təl-Əvivlə Fələstin hərəkatı arasında atəşkəs barədə razılaşma 10 oktyabrda qüvvəyə minib.