İsrail atəşkəsə baxmayaraq Qəzza məhəlləsini vurdu

İsrail atəşkəsə baxmayaraq Qəzza məhəlləsini vurdu Dünya

İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza şəhərinin cənubunda məhəlləni vurub.

News24.az xəbər verir ki, İsrail ordusu atəşkəs rejiminə baxmayaraq, Qəzza şəhərinin cənub hissəsində yerləşən bir məhəlləyə hava zərbəsi endirib.

Fələstin Mülki Müdafiə Agentliyindən verilən məlumata görə, hadisə nəticəsində azı iki nəfər ölüb, dörd nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlardan bəzilərinin vəziyyəti ağırdır.

Agentlik nümayəndələri dağıntılar altında hələ də insanların ola biləcəyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildiriblər. Hava hücumundan sonra məhəllədəki yaşayış binaları ciddi zərər görüb, bəziləri tamamilə dağılıb.