İsrail bir gündə üç hava hücumu həyata keçirdi: itkilər artır

İsrail bir gündə üç hava hücumu həyata keçirdi: itkilər artır Dünya

İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 20 nəfər həlak olub, 80-dən çox adam yaralanıb.

News24.az xəbər verir ki, bu barədə yerli səhiyyə qurumları məlumat yayıb.

Şahidlərin və tibb işçilərinin sözlərinə görə, ilk zərbə Rimal məhəlləsində bir avtomobilə tuş gəlib və maşın alovlanıb. Ölən beş nəfərin avtomobildə olanlar, yoxsa ətrafdan keçənlər olduğu hələlik dəqiqləşdirilməyib.

Avtomobilə hücumdan qısa müddət sonra İsrail hava qüvvələri Deyr əl-Bələx şəhərində və Nuseyrat düşərgəsində iki ayrı yaşayış evinə zərbə endirib. Tibb işçiləri ən azı 10 nəfərin həlak olduğunu, bir neçə nəfərin yaralandığını bildiriblər.

Günün sonlarında Qəzzanın qərbində bir evə endirilən yeni hava zərbəsi nəticəsində daha azı beş fələstinli həlak olub. Bununla da gün ərzində ölənlərin sayı 20-dən artıq olub.