İsrail bu ölkənin müstəqilliyini tanıdı
Dünya
İsrail ilk dəfə olaraq Somalilənd Respublikasını müstəqil dövlət kimi tanıyıb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Somaliləndlə kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində dərhal əməkdaşlıq quracaq. O, açıqlamasında Somaliləndin prezidenti Abdirahman Mohamed Abdullahini təbrik edib, onun liderliyini yüksək qiymətləndirib və İsrailə səfərə dəvət edib.
İsrailin məlumatına görə, Netanyahu, xarici işlər naziri Gideon Saar və Somaliləndin prezidenti qarşılıqlı tanınma haqqında birgə bəyannamə imzalayıblar.
Somalilənd prezidenti Abdullahi açıqlamasında bildirib ki, ölkəsi “İbrahim Sazişləri”nə qoşulacaq.