İsrail bu ölkəyə qarşı hücuma keçdi: Ölənlər var
Dünya
Atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusunun Livanın cənubuna hücumları davam edir və nəticədə mülki itkilər qeydə alınıb.
News24.az xəbər verir ki, aprelin 28-i gün ərzində həyata keçirilən hücumlar zamanı ümumilikdə 11 nəfər həlak olub.
Livan Səhiyyə Nazirliyi və ölkənin rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, itkilər müxtəlif yaşayış məntəqələrində qeydə alınıb. Belə ki, Tebnin şəhərində 2 nəfər, Şaqrada 1 nəfər, Coyada 1 nəfər, Məcdəl Zunda 5 nəfər, Cabşitdə isə 2 nəfər həyatını itirib.
Məlumata əsasən, 17 aprel tarixində qüvvəyə minmiş atəşkəsə baxmayaraq, bölgədə gərginlik davam edir və İsrail ordusunun Livanın cənubuna zərbələri səngimir.
Xatırladaq ki, İsrail ordusu martın 2-dən etibarən Livana qarşı intensiv hava hücumlarına başlayıb və bu hücumlar nəticəsində ölkənin cənubundakı bir sıra ərazilər ciddi zərər görüb.