İsrail daha bir girovun meyitini təhvil aldı

İsrail daha bir girovun meyitini təhvil aldı Dünya

İsrail HƏMAS-ın Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verdiyi girovun meyitini alıb.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Lakin iki girovun cəsədinin hələ də tapılmadığı bildirilir.

İsrail Baş nazirinin ofisi girovun şəxsiyyətinin müəyyənləşdirilmədiyini, meyitin identifikasiya üçün Milli Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinə göndəriləcəyini bildirib.

Qeyd edək ki, oktyabr ayında HƏMAS və İsrail arasında ikiillik müharibədən sonra əldə olunan razılaşma çərçivəsində HƏMAS Qəzzada saxlanılan sağ qalan 20 girovu azad edib. Əvəzində İsrail təxminən 2 min fələstinli məhbusu və müharibə dövründə saxlanılan şəxsləri azadlığa buraxıb.

Razılaşmaya həmçinin 28 girovun cəsədinin İsrailə qaytarılması, buna qarşılıq olaraq isə İsrailin 360 fələstinli döyüşçünün cəsədlərini təhvil verməsi də daxil idi.