İsrail Əhmədinejadı hakimiyyətə gətirmək istəyib - Sensasion iddia

İsrail Əhmədinejadı hakimiyyətə gətirmək istəyib - Sensasion iddia Dünya

İranla müharibənin başlanmasının ilkin məqsədlərindən biri keçmiş İran prezidenti Mahmud Əhmədinejadın yenidən hakimiyyətə gətirilməsini müzakirə etmək olub.

News24.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Bildirilib ki, ABŞ rəsmiləri Əhmədinejadla bu plan barədə məsləhətləşiblər, ancaq sonradan çətinliklərlə üzləşərək bu ideyanı reallaşdırmaqdan uzaqlaşıblar.

İddia edilib ki, İsrailin Əhmədinejadın Tehrandakı evinə edilən hücumun ilk günündə o yaralanıb.

Bu hücumun məqsədinin onu ev dustaqlığından azad etmək olduğu iddia edilib.

Lakin əvvəlki media xəbərləri Əhmədinejadın hücumdan əvvəl evini tərk etdiyini və onun ev dustaqlığı xəbərlərinin təkzib olunduğunu göstərib.

Qəzet xatırladıb ki, Əhmədinejad son illərdə İran hakimiyyəti ilə fikir ayrılığı yaşayıb, seçkilərdən kənarlaşdırılıb və ictimai fəaliyyətinə məhdudiyyətlər qoyulub.