İsrail əsgərləri Suriyada kəndə basqın etdi: Sakinlərə atəş açıldı

İsrail əsgərləri Suriyada kəndə basqın etdi: Sakinlərə atəş açıldı Dünya

İsrail ordusu Suriyanın cənubunda fəaliyyətlərini davam etdirir.

News24.az xəbər verir ki, İsrail ordusuna məxsus zirehli texnikalar Kuneytra vilayətinin cənubunda yerləşən Muallaka kəndi istiqamətində irəliləyib.

Bildirilib ki, İsrail hərbçiləri mülki əhaliyə atəş açıb, eyni zamanda buldozerlər vasitəsilə ərazidə söküntü işləri aparıblar. Məlumata əsasən, kənd ərazisində yeni torpaq bəndləri də inşa edilib.

Suriya hökuməti İsrailin Kuneytra və Dəra vilayətlərində yerləşən kəndlərə qarşı basqınlarını və hücumlarını 1974-cü il tarixli razılaşmanın açıq şəkildə pozulması kimi qiymətləndirir.