İsrail "hə" dedi, Almaniya Avropada ilk oldu
Dünya
Almaniya Avropada kosmosda raketləri məhv edə bilən ilk ölkə olacaq.
News24.az xəbər verir ki, Almaniya İsrailin “Arrow-3” adlı raketdən müdafiə sistemini rəsmi olaraq ordunun inventarına qəbul edib.
Sistem döyüş şəraitində öz effektivliyini dəfələrlə sübut edib. Məlumata görə, kompleks İrandan və husilərdən atılan ballistik raketləri uğurla məhv edib.
4 milyard avroluq müqavilə İsrail tarixində ən böyük ixrac sövdələşməsi hesab olunur. “Arrow-3” bundan əvvəl heç vaxt İsrail ərazisini tərk etməyib.
“Arrow-3” ballistik raketləri atmosferdən kənarda, kosmos səviyyəsində zərərsizləşdirir. Bu imkan Almaniyaya erkən xəbərdarlıq sistemi ilə yanaşı, əhalini və kritik infrastrukturu uzaqmənzilli hücumlardan qorumağa şərait yaradır.
Kremlin tez-tez təhlükə kimi təqdim etdiyi “Oreshnik” raket kompleksi də artıq Almaniya şəhərləri üçün real hədə olmaq imkanını itirir.