İsrail "hə" dedi, Somali etiraz etdi: Maqadişoda ara qarışdı

İsrail "hə" dedi, Somali etiraz etdi: Maqadişoda ara qarışdı Dünya

Somalinin bir neçə şəhərində İsrailin Somaliləndi dövlət kimi tanımasına qarşı etiraz nümayişləri baş verib.

News24.az xəbər verir ki, İsrailin Somalilənd ilə rəsmi münasibətlər qurmaq qərarı bir sıra ölkələr tərəfindən tənqid olunub: Çin, Türkiyə, Avropa və Afrika İttifaqları bu qərarı birmənalı qarşılamayıb.

ABŞ nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında İsraili müdafiə edib, lakin ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi İsrailin addımını izləməyəcək.