İsrail İrana zərbə endirdi, fövqəladə vəziyyət elan olundu
Dünya
İsrail İrana qarşı preventiv zərbə endirib və ölkədə fövqəladə vəziyyət elan olunub.
News24.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
Bildirilib ki, Tehranın mərkəzində üç partlayış səsi eşidilib. Fevralın 28-i səhər saatlarında isə İsrailin bütün ərazisində hava həyəcanı siqnalları verilib. Ordunun mətbuat xidməti bunu mümkün raket buraxılışı təhlükəsi ilə əlaqələndirib.
Qeyd edilib ki, ölkə üzrə sirenlər aktivləşdirilib, mobil telefonlara sığınacaqlara yaxın qalmaq barədə xəbərdarlıq göndərilib. Orduda bunun ehtimal olunan raket hücumuna qarşı qabaqlayıcı tədbir olduğu vurğulanıb. /Fars Agentliyi