İsrail Livana hücum etdi

İsrail Livana hücum etdi Dünya

İsrail ordusu Livanın cənubundakı Sidon şəhərinə hava hücumları həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Döyüş təyyarələri Beyrutun cənubunda yerləşən Sidonda bir binanı bombalayıb. Hücum nəticəsində birinci mərtəbəsində mağazalar olan üçmərtəbəli bina tamamilə dağılıb, ətrafdakı tikililərə ziyan dəyib. Əraziyə təcili yardım və axtarış-xilasetmə qrupları cəlb olunub, ilkin məlumatlara əsasən yaralılar var.

Livanın rəsmi xəbər agentliyi NNA İsrailin Sidon ətrafındakı kəndləri də bir neçə hava zərbəsi ilə hədəfə aldığını bildirib.