İsrail nümayəndə heyəti Dohaya gedir - SƏBƏB

İsrail nümayəndə heyəti Dohaya gedir - SƏBƏB Dünya

İsrail nümayəndə heyətinin Qəzza zolağında atəşkəs və əsir mübadiləsi danışıqları üçün bu gün Qətərin paytaxtı Dohaya gedəcəyi bildirilib.

News24.az “Yedioth Ahronoth”a istinadən xəbər verir ki, ordu, xarici kəşfiyyat agentliyi Mossad və daxili kəşfiyyat təşkilatı Şin-Bet (Şabak) ibarət İsrail nümayəndə heyəti danışıqların ardından Tel-Əvivdə məsləhətləşmələr aparır.

Məsləhətləşmələrdən sonra ekspert nümayəndə heyəti danışıqlar üçün bu gün Dohaya gedəcək.

Qeyd olunub ki, sazişin ümumi xətləri ilə bağlı açıq məsələlərdə boşluqları azaltmaq üçün nümayəndə heyətinin vasitəçilərlə danışıqları davam etdirəcəyi gözlənilir.

Bundan əlavə, nümayəndə heyətinin atəşkəs razılaşması və məhbus mübadiləsi ilə bağlı İsrail və HƏMAS ilə danışıqları davam etdirən Misir, Qətər və ABŞ nümayəndələri ilə də görüşəcəyi gözlənilir.

Günel Məlikzadə