İsrail ordusu "Hizbullah" silahlılarını əsir götürdü
Dünya
İsrail ordusu Livanın cənubunda keçirilən əməliyyat zamanı Hizbullahın bir neçə üzvünü əsir götürüb.
News24.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, reyd zamanı hərbçilər tank əleyhinə atəş mövqeyi quran bir qrup silahlı şəxsi müəyyən edərək saxlayıblar. Saxlanılan zaman Hizbullah silahlılarından külli miqdarda silah-sursat götürülüb. (axar.az)