İsrail ordusu Livanda SEPAH komandirinin öldürüldüyünü elan etdi
Dünya
İsrail Müdafiə Qüvvələri Livana hava hücumları nəticəsində SEPAH-ın daha bir komandirinin öldürüldüyünü bildirib.
News24.az xəbər verir ki, öldürülən Hişam Əbdül-Kərim Yassin "Hizbullah"ın rabitə bölməsində və SEPAH-ın Fələstin Qüds Qüvvələrində əsas komandirlərdən biri olub.
O, İranın yerli hərbi birləşməsində rabitə bölüyünün komandiri olub. (Teleqraf)