İsrail ordusu Tulkərimdən geri çəkildi
Dünya
Şahidlərdən alınan məlumata görə, İsrail ordusu 5 ölü, çoxlu yaralı və infrastruktura böyük ziyan vurduqdan sonra Tulkerim şəhərindən geri çəkilib.
News24.az NTV-yə istinadən xəbər verir ki, İsrail qüvvələri 48 saat ərzində buldozerlərlə əsas yolları, içməli su və kanalizasiya şəbəkələrini dağıdıb, elektrik dirəklərini söküb, evləri söküb, maşınları yararsız hala salıb.
İsrail qüvvələri dünən, 30 saat sonra Tubasdakı əl-Fariya Qaçqınlar Düşərgəsindən geri çəkilib.
7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində ən azı 670 fələstinli həyatını itirib.
Günel Məlikzadə