İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir

İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir Dünya

İsrail qüvvələri Qəzza zolağı ərazisinin yarıdan çoxuna nəzarət edir.

News24.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında bildirib.

“Artıq 60 faizdir. Hazırkı vəziyyət budur”, – deyə hökumət başçısı qeyd edib.

İclasda iştirak edən müdafiə naziri İsrael Kats isə, - bəlkə də son bir saat ərzində bu göstərici dəyişib, – deyə bildirib.

Qeyd edilib ki, 60 faiz göstəricisinə İsrail ordusunun tam nəzarət etdiyi ərazilər, eləcə də İsrail Müdafiə Qüvvələrinin döyüş əməliyyatları apardığı bölgələr daxildir.

/Əl-Cəzirə/