İsrail qüvvələrindən yeni basqın

İsrail qüvvələrindən yeni basqın Dünya

Fələstin dövlət televiziyasında yer alan xəbərə görə, İsrail əsgərləri buldozerin müşayiəti ilə Tubasa basqın edib.

News24.az xəbər verir ki, hadisələrdə yaralanan 2 fələstinli Tubas Türk Xəstəxanasına aparılıb.

Şahidlərin bildirdiyinə görə, basqına reaksiya verən fələstinlilərlə İsrail qüvvələri arasında insidentlər əsgərlər şəhərdən çəkilənə qədər davam edib.

Günel Məlikzadə